“Barselona” futbolçuları Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Benfika” ilə qarşılaşmada qapıya bir dəqiq zərbə belə endirə bilməyib.
Bununla “Barsa” mənfi statistikanı ardıcıl iki oyun davam etdirib. Belə ki, katalonlar ilk turda “Bayern”lə qarşılaşmada da qapıya dəqiq zərbə endirə bilməyib.
Qeyd edək ki, “Barselona” ötən gecə səfərdə “Benfika”ya 0:3 hesabı ilə məğlub olub.