Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |     18:15 İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi  |     17:12 Lavrov: "Rusiya Azərbaycan-Ermənistan məsələsində heç kimin tərəfini tutmur"  |     16:59 Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib  |     16:39 Yasamal Rayon Polis İdarəsində YENİ TƏYİNAT  |     16:23 Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı  |     16:17 Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB - FOTO  |     14:39 Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib  |     14:37 Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi  |     13:55 Gəncədə 78 yaşlı kişini it dişləyib  |     13:48 Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib  |     13:12 Metroda dəmir yoluna əşya atanların cəriməsi ARTIRILDI  |     13:03 Astana aeroportunda 20 reys gecikib  |     13:02 Türkiyədə hoteldə yanğın baş verib, 10 nəfər ölüb, 32 nəfər yaralanıb  |     13:00 Tanınmış teleaparıcıya AĞIR İTKİ - FOTO  |     12:58 İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı  |     12:55 Əmək pensiyasının minimum məbləği fevralın 1-dən nə qədər olacaq?  |     12:54 Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı  |    

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının V turunun oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov V turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək k, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”ını 5,5:0,5 hesabı ilə məğlub edib.

Qrossmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Şeva” təmsilçisi ilə qarşılaşması heç-heçə başa çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası V turda Fransanın “Asnieres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 194 23.09.21 11:33