“Sergey Bondar nəticələrin rəhbərliyi qane etmədiyinə görə federasiyadan kənarlaşdırılıb”.
Bunu Oxu.Az-a Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.
O, millimizdə aparıcı mütəxəssis və məsləhətçi kimi çalışan ukraynalı mütəxəssisin yığmadan ayrıldığını təsdiqləyib:
“Olimpiadadan sonra nəticələr müzakirə olundu. Qərara alındı ki, nəticələr qaneedici deyil. Bu səbəbdən də onun müqaviləsi yenilənmədi və əməkdaşlığımızı dayandırdıq. İndi bu posta yeni əcnəbi məsləhətçi axtarırıq”.
Qeyd edək ki, üzgüçülük üzrə Ukrayna millisinin sabiq baş məşqçisi olan Sergey Bondarın yığmadan uğursuzluğa görə uzaqlaşdırıldığını ilk olaraq Oxu.Az saytı yayıb.
Xatırladaq ki, üzgüçülük yığmamızın baş məşqçisi Rəşad Əbdürəhmanovdur.