İngitərənin "Mançester Yunayted" komandasının portuqal hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb.
Median.Az xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrənin "Yanq Boyz" komandasına qarşı qrup mərhələsinin birinci turunun səfər matçında meydançaya start heyətdə çıxıb. Bu, onun Çempionlar Liqasında 177-ci oyunu olub. Ronaldu qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açaraq turnirdə 135-ci qolunu vurub. O, bu göstərici üzrə rekorda imza atıb.
Ronaldu Avropanın futbol üzrə əsas yarışında keçirdiyi matçların sayına görə İspaniyanın "Real Madrid" komandasının keçmiş qapıçısı İker Kasilyasla bərabər olub.