Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
“Keşlə” “ASK Arena”da “Zirə” ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu gürcüstanlı legioner Davit Volkov vurub (64 və 72 dəq).
Oyunun 28-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar: Anatole Abanq kobud hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Yeni mövsümdə ilk qələbəsini qazanan “Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.