Azərbaycan karateçisi: "Finalda taktiki səhvlərə görə uduzdum" » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |    

Azərbaycan karateçisi: "Finalda taktiki səhvlərə görə uduzdum"

"Final görüşündə taktiki səhvlərim oldu. Məşqçinin tapşırıqlarını düzgün yetirə bilmədim. Döyüşü gördüm, amma ondan istifadə edə bilmədim. Ona görə də məğlub oldum. Qarşıda hələ çox yarış var".

Bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunan əməkdaşına açıqlamasında I MDB Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Osman Osmanlı deyib.

84 kq-dan yuxarı çəkidə 2 yeri tutan idmançı bildirib ki, qızıl medal əldə etsəydi belə, Azərbaycan yarışı 4-cü pillədə bitirəcəkdi: "Qismət belə imiş, gümüş medal götürdüm. Ümid edirəm ki, gələcək yarışlarda çempion olaram".

Osmanlı ilk yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: "Hər şey çox əla idi. Atletlər kəndi, yediyimiz yeməklər qaydasında idi. Yarış çox yaxşı keçdi. Təəssüf ki, qızıl medal qismət olmadı".

Osmanlının sözlərinə görə, Oyunlarda iştirak edən idmançıların hamısı güclü idi: "Xüsusilə Əminağa Quliyevin 1/8 finalda qarşılaşdığı ermənistanlı Geqam Nikoqosyan beynəlxalq yarışlarda nəticə verən idmançıdır. Amma karateçimiz ona 8:0 hesabı ilə qalib gəldi. Digər iki idmançımız da erməni rəqiblərini məğlub etdi. İnanıram ki, davamlı olacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 11.09.21 17:26