“Champions Showdown: Chess 9LX” turnirində növbəti üç turun oyunları keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Şəhriyar Məmmədyarov IV turda Vesli Soya (ABŞ) və V turda Leynyer Dominqes Peresə (ABŞ) uduzub.
O yalnız VI turda Sem Şenkləndlə (ABŞ) heç-heçə etməyi bacarıb. Bu nəticədən sonra 2,5 xalı olan Şəhriyar 3-cü sıradan 8-ci sıraya düşüb.
Qeyd edək ki, son üç turda Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan), Fabiano Karuana (ABŞ) və Pyotr Svidlerlə (Rusiya) qarşılaşacaq.