UEFA dünya çempionatını boykot edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |    

UEFA dünya çempionatını boykot edə bilər

UEFA prezidenti Aleksander Çeferin ildə 2 dəfə keçiriləcəyi təqdirdə futbol üzrə dünya çempionatının boykot olunacağını istisna etməyib.

“Report” xəbər verir ki, bu barədə ESPN bildirib.

"Belə dünya çempionatına uğurlar. Düşünürəm ki, bu, heç vaxt olmayacaq, çünki futbolun əsas prinsiplərinə ziddir. Aylıq yarış oyunçuların “qatili” olacaq", - Çeferin bildirib.

UEFA rəhbəri əlavə edib ki, dünya birinciliyinin dəyəri azarkeşlərin onu nadir hadisə kimi gözləməsindən ibarətdir.

Daha əvvəl FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatını iki ildən bir keçirmək imkanı haqqında bildirib. Onun fikrincə, klubların və milli komandaların yarış təqvimi daha çox təşkil ediləcək. Qeyd edək ki, artıq 13 futbol liqası bu təşəbbüsə qarşı çıxış edib.

Futbol üzrə növbəti dünya çempionatı Qətərdə keçirilməlidir. Yarış 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Daha əvvəl məlum olub ki, UEFA prezidenti Aleksander Çeferin FIFA-nın iki ildən bir dünya çempionatı təşkil etmək planını dəstəkləmir. Çeferin Avropadakı azarkeş qruplarını birləşdirən FSE təşkilatının direktoru Ronan Eveyniyə ünvanladığı məktubda narahatlığını ifadə edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 014 09.09.21 22:10