Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Karluş Keyruş təyin olunub.
Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam El-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb - 5 qələbə, 4 heç-heçə. Yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Karluş Keyruş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq", İspaniyada "Real Madrid" kimi komandalara başçılıq edib.