Cari mövsüm Jerar Pikenin karyerasında sonuncu ola bilər.
Bunu “Barselona”nın müdafiəçisi özü deyib.
Fevral ayında 35 yaşı tamam olan “Barselona”nın müdafiəçisi Jerar Pike mövsümün sonunda təqaüdə çıxa biləcəyini açıqlayıb:
“Gələn mövsüm qalacağım barədə zəmanət verə bilmədim. Əgər artıq faydalı ola bilməyəcəyimi hiss etsəm, futboldan ayrılacağam”.
Jerar Pike “Barselona”nın yetirməsidir. O, 13 mövsümdə 8 dəfə İspaniya çempionluğunda, 5 dəfə Çempionlar Liqasında və 3 dəfə Klublararası Dünya Kubokunda qalib olub. Pike İspaniya milli komandasının tərkibidə 2010-cu ildə dünya çempionu, 2012-ci ildə Avropa çempionu olub.
Mənbə: “Sport-Express”