Stefan Foks: "Azərbaycanda istedadlı idmançılar çoxdur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |    

Stefan Foks: "Azərbaycanda istedadlı idmançılar çoxdur"

"MDB Oyunları ilk dəfədir keçirilir. Bu, gözəl təşəbbüs və muay tay üçün əla fürsətdir. Oyunlarda inanılmaz rəqabət var. Bu cür yarışların keçirilməsi muay tayın populyarlaşması baxımından da önəmlidir".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Beynəlxalq Muay tay Federasiyasının prezidenti Stefan Foks I MDB Oyunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan tay boksçularının yarışdakı çıxışını dəyərləndirən funksioner ölkəmizdə istedadlı idmançıların çox olduğunu bildirib: "Bu, yeni nəsildir. Azərbaycan son 3-4 ildə bu idman növü üzrə xeyli inkişaf edib. Burada hər zaman güclü idmançılar olub".

Muay tayın olimpiya proqramında olmadığını xatırladan Foks Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müzakirələrin davam etdiyini vurğulayıb: "Amma qarşıda xeyli sayda beynəlxalq yarış var. Gələn il ABŞ-da, 2023-cü ildə Tailandda turnirlərimiz olacaq".

O, tezliklə Azərbaycana gələcəyini əlavə edib: "Dəfələrlə söz versəm də, alınmayıb. Yaxın vaxtlarda Azərbaycana gəlib, Milli Olimpiya Komitəsini və yerli federasiyanı ziyarət edəcəyəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 062 08.09.21 19:41