“İstərdim ki, qazandığım medal qızıl medal olsun. İnşallah, hazırlaşıb bürünc medalı qızıla çevirməyə çalışacam”.
Bunu oxu.az-a açıqlamasında MDB Oyunlarında bürünc medal qazanan güləşçimiz Birgül Soltanova deyib.
68 kq çəki dərəcəsində bürünc medala sahib çıxan Birgül bildirib ki, əvvəllər dünya və Avropa çempionatında üçüncü yer tutub:
"Yenə bürünc medal qazandım. Amma bu medalın da öz əhəmiyyəti var. Çalışıb bunu qızıl medala çevirəcəm”.