Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub.
Median.Az xəbər verir ki, o, bu barədə özünün feysbukdakı səhifəsində yazıb.
Keçmiş futbolçu qeyd edib ki, cərrahi əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub.
"Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi", - deyə Pele yazıb. O, gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.