2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək "Al-Tumama" stadionunun istifadəyə veriləcəyi tarix müəyyənləşib.
Arenanın açılış mərasimi oktaybrın 22-də təşkil olunacaq.
Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 6-cı stadiondur. Açılış "Əl-Sədd" və "Əl-Rayan" komandaları arasında Əmir Kubokunun final oyunu zamanı baş tutacaq.
"Al-Tumama" stadionu 40 min azarkeş tutumuna malikdir. Burada DÇ-2022-nin qrup oyunları, 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.
Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.