"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes"in pilotu Valtteri Bottas komandasını dəyişir.
Finlandiyalı sürücü cari mövsümün sonunda "Alfa Romeo" komandasına keçəcək.
O, İtaliya təmsilçisi ilə uzun müddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, Valtteri Bottas 2017-ci ildən "Mercedes"in sükanı arxasındadır.