Azərbaycan üçün Paralimpiya Oyunları başa çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |     19:02 Bazar günü Bakıda yağış yağacaq  |     18:55 Fransa klubunun sabiq futbolçusu vəfat edib  |     18:48 KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır  |     18:39 Britaniyada polis idarəsinin yaxınlığında marixuana fabriki aşkarlanıb  |     18:31 Bakıda əcnəbi vətəndaşı avtomobil vurub  |     18:14 İranlı ekspert: "Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür"  |     18:08 Bakıda itkinlərlə bağlı keçirilən beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı  |     17:53 Qatar biletləri bahalaşıb? - ADY-dən AÇIQLAMA  |    

Azərbaycan üçün Paralimpiya Oyunları başa çatdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın son iki idmançısı mübarizə aparıb.

Güllə atıcılığında (P4 kateqoriyası) 50 metr məsafəyə yarışda kişi və qadınların qarışıq mübarizəsi baş tutub.

Burada 34 iştirakçı arasında Azərbaycandan Yelena Taranova və Kamran Zeynalov mübarizə aparıb. Kamran 518 xalla 20-ci, Yelena Taranova 503 xalla 29-cu olub. Onlar ilk səkkiz idmançı arasına düşə bilmədiyindən, finala çıxa bilməyiblər.

Beləliklə, Azərbaycanın 34 idmançısının iştirak etdiyi Tokio Yay Paralimpiya Oyunları ölkəmiz üçün başa çatıb. Paralimpiya komandamız Olimpiya komandamızdan fərqli olaraq, Yaponiyanın paytaxtında uğurlu çıxış edərək 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Hazırda Azərbaycan bu nəticə ilə medal sıralamasında 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Paralimpiya Oyunlarına sabah yekun vurulacaq.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 04.09.21 13:28