Güləşçilərimizdən MDB oyunlarında uğur start: Üç qızıl, bir gümüş və iki bürünc medal - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |     19:51 Cessi Linqard 128 avro cərimələnib  |     19:46 BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər  |     19:30 İran Ermənistan paytaxtında ticarət mərkəzi açacaq  |     19:25 Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq  |     19:19 Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB  |     19:11 ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib  |     19:05 Üzeyir Hacıbəyovun ilk dəfə müəllim kimi fəaliyyətə başladığı məktəbin GÖRÜNTÜLƏRİ  |     18:53 İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib  |     18:33 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb  |     18:17 Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır  |     18:08 "Comedy Club" bağlanır  |     18:00 Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?  |     17:48 Bakının Kövkəb Səfərəliyeva küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq  |     17:46 Azərbaycanda yeni telekanal açılır - VİDEO  |    

Güləşçilərimizdən MDB oyunlarında uğur start: Üç qızıl, bir gümüş və iki bürünc medal - FOTO

Rusiyanın Kazan şəhərində I MDB Oyunları start götürüb.

Azərbaycan Güləş Federasiyasından oxu.az-a verilən məlumata görə, bu gün “Bars” Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib.

Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib.

Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz I MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 03.09.21 21:21