Ramin İbrahimov: "Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Ramin İbrahimov: "Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım"

"Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.

43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: "Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik".

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 01.09.21 20:40