Azad agent statusunda olan fransız yarımmüdafiəçi Frank Riberi İtaliya çempionatında çıxış edəcək.
Bu barədə tanınmış idman jurnalisti Canluka Di Marsio öz saytında məlumat verib.
Mənbə iddia edir ki, 38 yaşlı Riberi “Verona”da çıxış edəcək.
Riberi hazırda Münhen “Bavariya”sının bazasında məşq edir.
Qeyd edək ki, Frank Riberi Münhen komandası ilə səkkiz dəfə Almaniya çempionluğunu, altı dəfə Almaniya Kubokunu və bir dəfə Çempionlar Liqasını qazanıb.
Diqqət çəkən digər transfer xəbəri İspaniyadan gəlib: “Sevilya”nın hücumçusu Lük de Yonq “Barselona”ya transfer olunub.
Bu barədə məlumat Kataloniya klubunun rəsmi internet saytında dərc edilib.
31 yaşlı niderlandlı futbolçu “Barselona”da icarə əsasında oynayacaq.
Qeyd edək ki, Lük de Yonq sonuncu mövsüm keçirdiyi 48 matçda doqquz dəfə rəqib qapısına yol tapıb.