Azərbaycanın daha bir təmsilçisi Tokio Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Belarus əsilli üzgüçümüz, Rio Paralimpiya Oyunlarının gümüş medalçısı Roman Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.
O, 1:00.30 vaxtla qalib olub.
Qeyd edək ki, bu, Azərbaycanın Tokioda qazandığı sayca üçüncü, əyar baxımından ikinci qızıl medaldır. Daha əvvəl cüdoçumuz Şahanə Hacıyeva qızıl, pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanıb.
//oxu.az