İngiltərə millisinin kapitanı Harri Keyn karyerasını “Tottenhem”də davam etdirmək barədə qərar qəbul edib.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Bu yay mən “Tottenhem”də qalacağam və 100% diqqətimi komandamın uğur qazanması üçün cəmləyəcəyəm”, - hücumçu qeyd edib.
Xatıraldaq ki, bir müddət öncə Keynin “Mançester Siti” ilə razılaşması barədə xəbərlər dolaşırdı.