Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə qalib gəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |    

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş kifayət qədər maraqlı alınıb. Matç ümumilikdə yerli komandanın üstünlüyü şəraitində keçib.

Artıq 11-ci dəqiqədə "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluğa çatdırıb.

"Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib və qolunu oyunu stadiondan canlı izləyən azərbaycanlı həyat yoldaşı Adelya Hacıyevaya həsr edib.

Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Beləliklə, "Qəbələ" mövsümdə ilk qələbəsini qazanaraq, xallarını 4-ə çatdırıb və liderliyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Keşlə" isə sonuncu pillədə qalıb. Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov bu dəfə keçmiş komandası ilə qarşılaşmada məyus olub.

Qeyd edək ki, günün digər oyunu saat 20:00-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt" xalı olmayan daha bir komanda "Sabah"ı qəbul edəcək. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            609 21.08.21 20:25