Bakıda Ronaldunun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır - QİYMƏTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |     19:51 Cessi Linqard 128 avro cərimələnib  |     19:46 BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər  |     19:30 İran Ermənistan paytaxtında ticarət mərkəzi açacaq  |     19:25 Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq  |     19:19 Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB  |     19:11 ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib  |     19:05 Üzeyir Hacıbəyovun ilk dəfə müəllim kimi fəaliyyətə başladığı məktəbin GÖRÜNTÜLƏRİ  |     18:53 İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib  |     18:33 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb  |     18:17 Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır  |     18:08 "Comedy Club" bağlanır  |     18:00 Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?  |     17:48 Bakının Kövkəb Səfərəliyeva küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq  |     17:46 Azərbaycanda yeni telekanal açılır - VİDEO  |     17:34 Azərbaycanda ata qızını zorla zirzəmidə saxlayıb  |     17:30 Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi  |     16:29 Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi  |     16:19 Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur  |     15:59 Bulvar büdcəsində olan pullar necə mənimsənilib?  |    

Bakıda Ronaldunun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır - QİYMƏTLƏR

Dünya çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Millimizin Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə oyununa biletləri “iticket” mobil tətbiqi, veb-saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iticket” bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            879 20.08.21 15:04