Samir Abasov: "Bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |    

Samir Abasov: "Bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq"

"Hələ də oyunun təzyiqindən çıxmamışıq. Maraqlı görüş alındı. Bu qədər qol vuruldusa, düşünürəm ki, azarkeşlərə də zövq verdi".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda İsrailin "Makkabi" (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin hansı səviyyədə olduğunu bilirdilər: "Onlara qarşı sonadək vuruşmaq istəyi ilə meydana çıxmışdıq. Oyuna görə müəyyən plan qurmuşduq. Birinci hissə sönük keçdi, rəqib bizdən daha fəal idi. Bunu gözləyirdik. Amma ikinci yarıda 3 qol vurduq. Fikrimcə, ilk hissədə də bunu edə bilərdik. Sadəcə, son paslar bizə mane oldu. İstədiyimizi əldə edə bilmədik".

Onun sözlərinə görə, ikinci hissədə oyunları daha yaxşı alınıb: "Təəssüflər olsun ki, hesabı qoruya bilmədik. Amma əhval-ruhiyyə yaxşıdır. Futbolçuları əzmkar mübarizəyə görə təbrik etdim. Qarşıda ikinci oyun var. Pozitivliyimizi qorumalıyıq. İndi "Zirə" ilə çempionat matçını düşünməliyik".

Abasov heç bir baş məşqçinin 17 dəqiqəlik plan qurmadığını vurğulayıb: "Oyun alına və ya alınmaya bilər. Bu cür çıxışımızın müddətini artırmaq istəyirik. Dediklərim kiməsə anormal gələ bilər. İlk hissədə oyunçular bir-birini yaxşı başa düşmürdü. Amma ikinci yarıda çox yaxşı oynadıq. Komandaya inam gəldi. Vurduğumuz 2-ci qol məni çox sevindirir. Aylardır bunun üzərində işləyirdik. Futbolçulara inanırıq".

Baş məşqçi müdafiə xəttindəki səhvlərə də toxunub: "Bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq. Bəlkə də epizodları kənardan görüb şişirdirik. Amma belə deyil. 3-cü qol futbolçuların fərdi səvindən vuruldu. İsmayıl Zülfüqarlıdan danışmaq istəmirəm. Gənc futbolçudur. Bəlkə də topa yox, rəqibə baxsaydı, belə olmazdı. Mert Çelik bu cür görüşlərdə çox oynamayıb. Həyəcanın olması normaldır"

Abasov cavab matçında rəqibin futbolçuları ilə bağlı daha ciddi tədbirlər görəcəklərini deyib: "Bunun üzərində mütləq işləyəcəyik. Bunlar önəmli məqamlardır. Əlimzidən gələni edəcəyik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 083 19.08.21 23:38