Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində UEFA Avropa Liqasında ilk qolunu vurub.
24 yaşlı hücumçu pley-off mərhələsinin Çexiyada "Slaviya" ilə ilk görüşündə fərqlənib.
Meydana start heyətində çıxan Emreli 20-ci dəqiqədə hesabı açıb. Hazırda "Legiya" bu qolla öndədir - 1:0.