Tokio olimpiadasından qovulan idmançı medalını satıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |    

Tokio olimpiadasından qovulan idmançı medalını satıb

Belarus atleti Kristina Timanovskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında qazandığı medalı hərraca çıxarıb.

İdmançı 100 metrdə məsafəyə qaçışda əldə etdiyi mükafatı "eBay" satış platformasında satıb.

Mükafatın ilkin dəyəri 5 min ABŞ dolları olsa da, sonda 5,2 min dollara alınıb.

Bütün vəsait Belarus İdman Həmrəyliyi Fonduna köçürüləcək. Sözügedən təşkilat siyasi baxışlarına görə məhkum edilən və ya yarışlardan kənarlaşdırılan idmançıları dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl Timanovskaya məşqçilərin onu öz istəyi olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil etdiklərini bildirib. İdmançı rəhbərliyin iş üslubunu tənqid etdiyi üçün yerli olimpiya komitəsi həkimlərin rəyinə əsasən, onu psixoloji durumuna görə olimpiadadan uzaqlaşdırılıb.

Komitənin onu Yaponiyadan ölkəsinə deportasiya etmək istədiyini deyən atlet təhlükəsizlik baxımından Belarusa qayıtmaqdan qorxduğunu bildirib və Tokiodakı Haneda hava limanında kömək üçün yerli polislərə müraciət edib. Polşa isə Timanovskayaya ölkəyə daxil olmaq üçün humanitar viza verib. Avqustun 4-də Polşa səfirliyinin əməkdaşları 24 yaşlı idmançını bir neçə xarici jurnalistlə birlikdə Avstriyanın paytaxtı Vyanaya, oradan isə Varşavaya göndərib. İdmançı hazırda Polşa paytaxtındadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 09.08.21 16:00