Son bir gündə Tokioda Yay Olimpiya Oyunlarında iştirak edən azı 22 nəfərdə koronavirus aşkarlanıb.
TASS-ın məlumatına görə, bu barədə “Tokio 2020” Təşkilat Komitəsinin saytında dərc edilmiş hesabatda deyilir.
Yeni yoluxanlar arasında idmançı yoxdur. Oyunlarda iştirak edən insanlar arasında koronavirusa yoluxma hallarının ümumi sayı 409-a çatıb.
Qeyd edək ki, Tokiodakı epidemioloji vəziyyətin pisləşməsi səbəbindən koronavirusa görə fövqəladə vəziyyət avqustun 31-nə qədər uzadılıb. Bu rejimə əsasən, iaşə obyektlərində spirt satışının qadağan edilməsini və tamaşaçıların kütləvi tədbirlərə buraxılmasının məhdudlaşdırılmasını nəzərdə tutulur. Elə bu səbəbdəndir ki, Olimpiada 23 İyuldan 8 Avqusta qədər tamaşaçısız keçirilir.