Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks turnirinin təşkilatçıları Fransanı təmsil edən və qalmaqal yaradan azərbaycanlı boksçu Murad Əliyev üçün polisə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Fransa komandasının üzvü məlumat verib.

Onun sözlərinə görə, təşkilatçılar polisə zəng vurduqdan sonra arenanı tərk etmək qərarına gəliblər: "Buna ehtiyac yox idi. Turnirin nəzarətçisi bizə hakimin səhv etdiyini söylədi. Amma artıq heç nəyi dəyişmək mümkün deyil".

Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Murad Əliyev Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib. Lakin Əliyev rinqdən uzaqlaşmayıb və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 02.08.21 21:10