Avstraliyalı məşqçinin öz yetirməsi olan üzgüçü Ariarna Titmusun qələbəsinə sevinməsi ilə bağlı video sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Kadrlarda emosiyalarını saxlaya bilməyən Din Boksallın tribunda əsl şou göstərməsi əks olunub.
Qeyd edək ki, Titmus finalda 400 metr sərbəst üzgüçülükdə Keti Ledekini keçərək yeni Olimpiya rekorduna imza atıb.