“Barselona”nın keçmiş hücumçusu Samuel Eto argentinalı futbol ulduzu Lionel Messi ilə oyun təcrübəsi barədə suala sərt reaksiya göstərib.
Kamerunlu sabiq futbolçunun fikirlərini “Daily Mail” agentliyi dərc edib.
“Messi mənimlə oynayıb, mən onunla yox. Bunlar fərqli məsələlərdir. Mənim dövrümdə o mənimlə oynayıb, mən onunla yox. Hər şey tamamilə fərqli idi”, - deyə Samuel Eto vurğulayıb.
S.Eto L. Messinin gələcək karyerası ilə bağlı da fikirlərini bildirib.
Messinin “Barselona”dakı karyerasına gəlincə, onun başqa bir klubun formasını geyinəcəyini təsəvvür edə bilmirəm. “Barselona” onun evi, klubu, sevgisidir. Düşünürəm ki, onun komandaya sədaqəti pulla əlaqəli deyil. Leo “Barselona”, “Barselona” isə Messidir. Mən bilirəm ki, Laporta onun üçün etibarlı və maraqlı bir layihə hazırlayıb”, - deyə 40 yaşlı S.Eto fikrini tamamlayıb.