Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, Bakı təmsilçisi 3-cü sınağında yerli "Telavi" klubu ilə qarşılaşıb.
Görüş Ramin Quliyevin baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Abdulla Xaybulayev vurub.
Qeyd edək ki, "Sabah" qonşu ölkədəki ilk iki görüşündə "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, "Samqurali"yə isə uduzub - 0:1.