Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |    

Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında səkkizinci idmançımız turnirlə erkən vidalaşıb.

İdman gimnastımız İvan Tixonov bu gün mübarizəyə qoşulub.

25 yaşlı Rusiya əsilli idmançı fərdi çoxnövçülükdə çıxış edib. Dayaqla tullanmada (13.600), paralel qollarda (12.766), turnikdə hərəkətlərdə (13.133), sərbəst hərəkətlərdə (13.233), dəstəli at üzərində (13.366) və halqalarda (14.200) qüvvəsini sınayan Tixonov ümumilikdə 80.298 xal toplayaraq, 66 idmançı arasında 45-ci yeri tutub.

Bu nəticə İvan Tixonovun final mərhələsindən kənarda qalmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl cüdoçularımız Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülər Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah, boksçularımız Tayfur Əliyev, Lorenso Sotomayor və velosipedçimiz Elçin Əsədov bu gün nəticə qazanmayaraq, turnirlə vidalaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 24.07.21 18:47