PSJ hücumçu Kilian Mbappeni əlindən buraxmaq istəmir.
Bu barədə Sports.ru məlumat yayıb.
Nəşr qeyd edir ki, PSJ-nin prezidenti Naser əl-Xelayfi və idman direktoru Leonardo fransalı futbolçunu müqaviləsini 2026-cı ilə qədər uzatmağa inandırmağa çalışır. Ona illik 32 milyon avro maaş təklif olunur.
Mbappe hələlik bu təklifi qəbul etməyib. O, “Real”a keçid variantını nəzərdən keçirir.