Jurnalist Peresin səsyazmaları ilə təhdid edərək “Real”dan 10 milyon avro istəyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |    

Jurnalist Peresin səsyazmaları ilə təhdid edərək “Real”dan 10 milyon avro istəyib

Madrid “Real”ının prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları açıqlanıb.

Bu barədə “Onda Cero” nəşri yazıb.

Belə ki, bundan əvvəl “El Confidencial” nəşri Peresin iştirakı ilə bir sıra telefon danışıqlarını yayıb. Bu səsyazılarından birində Peres “Real”ın əfsanəsi hesab olunan Raul Qonsales və İker Kasilyası “klub tarixinin ən böyük fırıldaqçıları” adlandırıb. Digər bir səsyazısında isə o, Kriştianu Ronaldu və Joze Mourinyunun ünvanına təhqirlər səsləndirib.

“Onda Cero” nəşri isə qeyd edir ki, “Real”da səsyazmaların varlığından xəbərdar olublar. Belə ki, 2011 jurnalist Xoce Antonio Abelyan klubun vitse-prezidenti ilə görüşüb. O, 10 milyon avro qarşılığında səsyazmaları yox edə biləcəyini bildirib.

“Real”ın nümayəndəsi sözügedən şantajı qəbul etməyib. Bundan sonra jurnalist səsyazmaları bir sıra nəşrlərə təklif edib. Lakin nəşrlər etik prinsiplər və məhkəmə prosesləri qorxusu ilə bundan imtina ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 15.07.21 21:05