“Səbail” klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in şərəfini qoruyan Hagen 27 oyunda meydana çıxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.