Almaniyanın “Schalke04” klubunun futbolçusu Ozan Kabak Fransa klublarının maraq dairəsinə düşüb.
Bu barədə “Bild” nəşri yazıb.
Belə ki, futbolçunun xidmətində “Renn” və “Nitsa” klubları maraqlıdır. Hazırda İstanbulda məşqlərinə davam edən futbolçunun adı eyni zamanda “Lester Siti” ilə də hallanır.