Azərbaycanın da dörd oyununa ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandası məlum olub.
Məlumat UEFA-nın rəsmi saytında dərc edilib.
Beləliklə ən yaxşı “11-lik”də Avropa çempionu olan İtaliya millisindən beş futbolçu yer alıb.
Heyətdə İngiltərə yığmasından üç, Danimarka, Belçika və İspaniya millilərindən isə hərəyə bir futbolçu yer alıb.
Qapıçı: Canluici Donnarumma (İtaliya)
Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinattsola (hər ikisi İtaliya);
Yarımmüdafiəçilər: Jorjinyo (İtaliya), Pyer-Emil Höybyerq (Danimarka), Pedri(İspaniya);
Hücumçular: Federiko Kyeza (İtaliya), Romelu Lukaku (Belçika), Rəhim Sterlinq (İngiltərə).