İngiltərə millisinin və “Tottenhem”in hücumçusu Harri Keyn AVRO-2020-nin finalındakı məğlubiyyəti şərh edib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
H.Keyn bildirib ki, qitə çempionatından sonra bir müddət o və komanda yoldaşları ağrı hiss edəcəklər.
“Penaltilərdə uduzmaq dünyanın ən pis hissidir. Fantastik turnir idi, biz başımızı dik tutmalıyıq”, - deyə H.Keyn bildirib.
Xatırladaq ki, İngiltərə millisi Avropa çempionatının finalında İtaliyaya məğlub olub.