"Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm".
"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Norveçdə "Budyo Qlimt"ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.
Sözügedən qarşılaşmada dubl edən Azərbaycan millisinin hücumçusu bildirib ki, azarkeş dəstəyi olmadan oynamaq çətin olardı: "Buraya gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun".
Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.