AVRO-2020-nin üç matçı Dublində deyil, Sankt-Peterburqda keçirilə bilər.
Sports.ru xəbər verir ki, bu barədə yekun qərar UEFA-nın sabahkı iclasında qəbul ediləcək.
İddiaya əsasən, İrlandiya paytaxtında keçirilməsi planlaşdırılan Polşa-Slovakiya, İsveç-Slovakiya və İsveç-Polşa qarşılaşmalarının təşkili hüququ məhz Sankt-Peterburqa veriləcək.
Qeyd edək ki, AÇ-2020 oyunlarına tamaşaçıların buraxılması ilə bağlı UEFA-ya təminat verə bilmədiyi üçün Dublinin yarşlardan rəsmən kənarlaşdırılması gözlənilir.