İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |    

İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb

Bəzi sahibkarlıq subyektlərinin pul vəsaitlərini Azərbaycana qaytarmamasına dair Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında prokurorluqda cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Median.Az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, materiallar əsasında daha bir neçə sahibkara cinayət işi açılıb.

Belə ki, Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 10.01.25 13:56