UEFA AVRO-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.
18 nəfərlik siyahıda Türkiyənin FIFA referisi Cüneyt Çakırın da adı var.
Avropa çempionatının hakimləri
Feliks Brix (Almaniya)
Cüneyt Çakır (Türkiyə)
Karlos Del Serro Qrande (İspaniya)
Andreas Ekberq (İsveç)
Orel Qrinfild (İsrail)
Ovidiu Alin Xateqan (Rumıniya)
Sergey Karasyev (Rusiya)
İştvan Kovaç (Rumıniya)
Byörn Keypers (Niderland)
Danni Makkeli (Niderland)
Antonio Migel Mateu Lahos (İspaniya)
Maykl Oliver (İngiltərə)
Daniele Orsato (İtaliya)
Artur Manuel Ribeyru Soareş Dias (Portuqaliya)
Daniel Sibert (Almaniya)
Entoni Teylor (İngiltərə)
Kleman Türpen (Fransa)
Slavko Vinçiç (Sloveniya)
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.