"Zirə"nin futbolçusu Nemanya Ancelkoviç zədələnib.
"Report" xəbər verir ki, 24 yaşlı müdafiəçi "Keşlə"yə qarşı Azərbaycan Kubokunun ilk yarımfinal görüşündə çiynindən xəsarət alıb.
73-cü dəqiqədə onun yerinə meydana Lazar Corceviç daxil olub.
Qeyd edək ki, oyunda ikinci hissə oynanılır və "Zirə" 2:1 hesabı ilə öndədir.