Qurban Qurbanov: "Müdafiədə oynayan komandaya qarşı çıxış etdik" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Qurban Qurbanov: "Müdafiədə oynayan komandaya qarşı çıxış etdik"

"Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündə zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdəndir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".

Qurbanov klubun planlarından da danışıb: "Klub rəhbərliyi illərdir stabil büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevir, bu ad üçün "Qarabağ"ı saxlayırlar. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır".

Baş məşqçi bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: "Hər klub "Qarabağ"a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və "Neftçi"dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. "Səbail"ə qalib gəlmək istəyirdik, amma alınmadı. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 16.04.21 20:37