Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayındakı görüş yığmanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 3-cü dəqiqədə Fineo De Araujo vurub. 14-cü dəqiqədə qonaqların oyunçusu Qousis Panagiotis topu öz qapısından keçirib. 2 dəqiqə sonra İsa Atayev fərqi 3 topa çatdırıb. Görüşdə son nöqtəni isə 25-ci dəqiqədə Ramiz Çovdarov qoyub.