Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |     14:32 Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - VİDEO  |     14:13 Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi  |     13:56 İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb  |     13:15 Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT  |     13:10 Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb  |    

Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib

Ermənilər Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasovun Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights 100” turnirindəki görüşündən öncə təxribat törədiblər.

Sfera.az xəbər verir ki, bu barədə idmançının məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Onun sözlərinə görə, ermənilər N.Abbasovun döyüşünün baş tutmaması üçün yalan məlumat yayaraq təşkilatçıları çaşdırıblar: "Turnirdə Rusiyanı təmsil edən erməni var idi, onu da gürcüstanlı idmançı döyüb məğlub etdi. Döyüş gecəsi aprelin 10-da olmalı idi. Amma təxirə salındı. 100-cü turnir olduğu üçün 15 minlik zal tam dolmuşdu. Ermənilər istəyirdilər ki, Nərimanın döyüşü olmasın. Çünki bu, turnirin əsas döyüşü idi və onun qələbə qazanacağını bilirdilər".

Ş.Abbasov "AMC Fight Nights" turnirinin prezidenti Kamil Hacıyevlə məsələni müzakirə etdiyini bildirib: "Görüş aprelin 11-nə təxirə salınsa da, çox yaxşı keçdi. Döyüş zamanı heç bir təxribat olmadı".

Qeyd edək ki, turnirdə Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gələn Nəriman Abbasov 3-cü raundda texniki nokautla rəqibini məğlub edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 12.04.21 23:16