Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb.
Bu gü mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.
60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.
Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.
52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.