Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.
"Report"un məlumatına görə, onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.
Funksioner "Tanyuq" agentliyinə açıqlamasında qərarını özünə qarşı yönələn böhtan və hücumlarla əlaqələndirib.
Kokeza 2016-cı ildən federasiyanın prezidenti vəzifəsində çalışırdı.
Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Canni De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da Bakıda bu komanda ilə üz-üzə gələcək.