Avropa Liqasının 1/16 final mərhələsində "Real Sosyedad" - "Mançester Yunayted" arasında ilk oyun İspaniyada keçirilməyəcək.
Median.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya rəhbərliyi İngiltərədə yayılan yeni bir koronavirus növünün yayılma riski səbəbindən ingilis komandasının ərazilərində olmasına icazə verməyəcək.
"El Diario Vasko"nun verdiyi məlumata görə , görüş Turində, "Yuventus"un ev stadionunda keçiriləcək. Cavab oyunun da çox güman ki, neytral arenada da keçiriləcəyi bildirilir.
Qeyd edək ki, "Real Sosyedad" - "Mançester Yunayted" matçı fevralın 18-də oynanılmalıdır. Cavab görüşünün 25 fevralda keçirilməsi planlaşdırılır.