Fransa PSJ-si gənclər komandasında koronavirusa yoluxma hallarının qarşısını almaq üçün tədbir görüb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi bu məqsədlə məşq bazasını bağlayıb.
Bazanın fevralın 11-dək fəaliyyət göstərməyəcəyi bildirilib. Son qərar təkrar testlərin nəticəsindən sonra veriləcək.
Qeyd edək ki, PSJ-nin U-17 və U-19 komandalarında koronavirusa 9 yoluxma faktı aşkarlanıb.